İslandiyada qlobal istiləşmə “qurbanına” xatirə lövhəsi açıldı - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda


İslandiyada qlobal istiləşmə “qurbanına” xatirə lövhəsi açıldı - FOTO
İslandiyada qədim Okiyoküdl buzlağının şərəfinə xatirə lövhəsi açılıb.

“Layf” xəbər verir ki, lövhədə ingilis və island dillərində gələcək nəsillərə müraciət yazılıb.

Lövhə iqlim dəyişiklikləri ilə mübarizəyə çağırır.

“Bizim bunu bacarıb-bacarmadığımızı tək siz biləcəksiniz”, - müraciət belə yekunlaşır.

100 il bundan əvvəl Okiyoküdl buzlağının sahəsi 16 kvadrat kilometr, eni isə 50 metr olub. Qlobal istiləşməyə məruz qalan buzlağın sahəsi hazırda 1 kvadrat kilometr, eni isə 15 metrə qədər azalıb.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          634 19.08.19 12:26