Güləşçilərimiz dünya çempionatını altı medalla başa vurdular » Median.Az - Bütün xəbərlər bir ünvanda


Güləşçilərimiz dünya çempionatını altı medalla başa vurdular
Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı sona çatıb.

Son gündə yunan-Roma güləşçiləri millimizə bir gümüş və bir bürünc medal qazandırıb.

Əsgər Əlizadə (-60 kq) bu gün təsəlliverici görüşə çıxıb və 1 dəqiqə 20 saniyə ərzində əlcəzairli güləşçini 8:0 hesabı ilə mübarizədən kənarlaşdıraraq bürünc medal qarşılaşmasına vəsiqə qazanıb.

Həlledici görüşdə Qırğızıstan idmançısı Talastan Xəncərbəyoğlunu da tam üstünlüklə (11:2) məğlub edən Əlizadə dünya üçüncüsü olub.

Dünən ilk görüşündə erməni Samvel Qriqoryanı 5:2 hesabı ilə məğlub etmiş 2016-cı ilin gənclər arasında Avropa çempionu Ülvi Qənizadə (-72 kq) finalda mübarizə aparıb.

Lakin həmyerlimiz həlledici qarşılaşmada Rusiya güləşçisi Sergey Stepanovla görüşdə uduzub. Gərgin keçən görüşdə rəqib 3:1 qalib gəlib və Qənizadə gümüş medalı boynundan asıb.

Qeyd edək ki, ümumilikdə güləş millilərimiz dünya çempionatını altı medalla (iki gümüş və dörd bürünc) başa vurub.
/oxu.az/скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 034 19.08.19 12:05