Yeni formalar tikiləcək, məktəblər müxtəlif rəng və modellər seçə bilməyəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |    

Yeni formalar tikiləcək, məktəblər müxtəlif rəng və modellər seçə bilməyəcək

2020-2021-ci tədris ilindən respublika üzrə bütün dövlət ümumtəhsil müəssisələrində yeni vahid məktəbli formasının tətbiqinə başlanılacaq.

Bunu Oxu.Az-a açıqlamasında Təhsil Nazirliyinin baş məsləhətçisi Əhliyət Adıgözəlov bildirib.

Ə.Adıgözəlov qeyd edib ki, 2019-2020-ci tədris ilində məktəblilər mövcud formalardan istifadə edəcəklər:

"Artıq nazirlik tərəfindən Bakı Tikiş Evinə müraciət olunub, yeni vahid məktəbli formaları üçün eskizlər hazırlanır. Təhsil Nazirliyində bu məsələ ilə bağlı İşçi qrupu yaradılıb".

O deyib ki, yeni vahid formaların tətbiqindən sonra artıq məktəblər müxtəlif rənglər, modellər seçə bilməyəcəklər:

"İndi olduğu kimi, yalnız 1-6-cı siniflər və 7-11-ci siniflərin formaları rəng baxımından fərqlənəcək. İşçi qrupu ilə Bakı Tikiş Evinin nümayəndələri arasında bu məsələ geniş müzakirə olunur, yekun qərara gəlindikdən sonra formaların tikilişinə başlanılacaq və 2020-2021-ci tədris ilindən bütün ümumtəhsil müəssisələrində tətbiq olunacaq".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 020 17.08.19 17:18