AFFA "Qarabağ"ı cəzalandıra bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |    

AFFA "Qarabağ"ı cəzalandıra bilər

AFFA "Qarabağ" klubunu cəzalandıra bilər.

Вünən Azərbaycan Premyer Liqasının ilk turunun "Keşlə" - "Qarabağ" oyununda nominal qonaqların texniki zonada oturan üzvləri buraxılış vəsiqəsi taxmayıblar.

Turniri təşkil edən Peşəkar Futbol Liqasının Əsasnaməsinə görə, futbolçular istisna olmaqla, komandaların digər şəxsləri A buraxılış vəsiqəsi ilə texniki zonada yer ala bilərlər. Lakin başda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov olmaqla, məşqçilər, inzibati və tibbi heyətin bəzi üzvlərində bu buraxılış vəsiqəsi olmayıb.

Şəkillərdən də göründüyü kimi, "Keşlə"nin texniki zonada əyləşmiş bütün üzvlərində bu buraxılış vəsiqəsi olub.

AFFA nümayəndəsi olan Şaiq Həmidov isə hesabatda bunu əks etdirib. Gələn həftə AFFA İntizam Komitəsi bu barədə qərar çıxaracaq. Böyük ehtimalla klub cərimə olunacaq və ya şifahi xəbərdarlıq ediləcək.

Qeyd edək ki, bu görüş "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 235 17.08.19 14:33