Piter Fonda vəfat etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |    

Piter Fonda vəfat etdi

Aktyor Piter Fonda 79 yaşında dünyasını dəyişib.

Bu barədə cümə günü TMZ portalı artistin ailə üzvlərinə istinadən məlumat verib.

Bildirilir ki, Fonda Cümə günü səhər saatlarında Los-Ancelesdəki evində ailə üzvlərinin əhatəsində vəfat edib. Ölüm səbəbi kimi ağciyər xərçəngi nəticəsində yaranan kəskin hava çatışmazlığı gətirilir.

Piter Fonda 23 fevral 1940-cı ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Onun hesabında onlarla film var. Rejissor Dennis Hopperin “Başısoyuq çapar” (Easy Rider, 1969) filmində oynadığı rol ona daha çox şöhrət qazandırıb. 1997-ci ildə rejissor Viktor Nunyesin “Ulinin qızılı” (Ulee' s Gold) filmində oynadığı rol ona “dramatik filmdə ən yaxşı kişi roluna görə” nominasiyasında "Qızıl Qlobus" mükafatını qazandırıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 671 17.08.19 13:45