Qaynaq saçlar, dırnaq və maqnit kipriklərlə MRT etdirmək olmaz - XƏBƏRDARLIQ » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Qaynaq saçlar, dırnaq və maqnit kipriklərlə MRT etdirmək olmaz - XƏBƏRDARLIQ

Son illər qadınların dəb xatirinə üz tutduğu bu prosedurlar MRT, KT kimi müayinələr zamanı xəstəyə ciddi yanıq və travma yaşada bilər.

Median.Az
medicina.az-a istinadən bildirir ki, saçları qaynaq, dırnaqları qaynaq, eləcə də kiprik qaynağı etdirən xanımlar MRT-ə girməzdən öncə bunları çıxarmalıdır, eləcə də kosmetika yuyulmalıdır.

Maqnit kipriklər, qaynaq saçları birləşdirən metal predmetlər həm MRT müayinənin nəticələrinə təsir edir, eləcə də prosedur zamanı xəstəni zədələyə bilər. Maqnit kipriklər güclü cazibə qüvvəsi nəticəsində qopa, hərəkət edə və gözləri zədələyə bilər.

Müasir gel dırnaq boyalarına metal komponentlər qatılır. Əgər siz üzərinizdə cüzi də olsa metal əlavə olmasını bilirsizsə, yaxşı olar ki, həkimi bu barədə xəbərdar edib, müayinədən öncə onları çıxarasız.

Eləcə də bədəndə olan tatular barədə də həkim bilməlidir.

"MRT-ə üzdə və bədəndə kosmetika, tatu ilə daxil olduqda, nəticələr dəqiq alınmır. Tatularda olan metal elementlər MRT zamanı dəridə yanıq və bir sıra dermatoloji problemlər yaradır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 434 16.08.19 23:17