Tərlan Əhmədov: "Qırmızı vərəqə planlarımızı pozdu" » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Tərlan Əhmədov: "Qırmızı vərəqə planlarımızı pozdu"

"Başlanğıca həyəcan hiss olunurdu, bunu özüm də dərk etmişdim. Futbolçular "Qarabağ"ın Çempionlar Liqasının təsnifat mərhələsindəki oyunlarını izləyiblər. Ancaq tədricən qaydasına düşdü".

Median.Az
report-a istinadən xəbər verir ki, bunları "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov evdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları I turun açılış matçından sonra söyləyib.

48 yaşlı mütəxəssisin sözlərinə görə, 74-cü dəqiqədə Emin Mehtiyevin qırmızı vərəqə alması komandanın planlarını pozub: "Qırmızı vərəqə gözlənilməz oldu, planlarımızı pozdu. Amma ümumilikdə pis təsir bağışlamadıq. Xüsusən də qapıçımız Stanislav Namaşko yaxşı çıxış etdi. Futbolçu qırmızı vərəqəni mübarizə zamanı alarsa, onun cəriməsini lap cibimdən də ödəyərəm.

Amma belə şeyləri heç cür bağışlaya bilmərəm. Bu, bağışlanmaz hərəkətdir. Ancaq Mehtiyev toplanış dönəmində pis çıxış etmədi. İrəlidəki turlarda özünü göstərə biləcəyimə inanıram. Ruslan Qurbanov da tam hazır deyil. Onu birinci hissədə də dəyişə bilərdim. Amma istəmədim ki, bu onun üçün zərbə olsun. Bugününkü oyun bizə ümid verdi".

Əhmədov komandanın qarşısına avrokuboka vəsiqə qazanmaq tapşırığı qoyulduğunu söyləyib. O, bundan sonra transfer etməyəcəklərini vurğulayıb.

Baş məşqçi yeni transfer Əfran İsmayılovun fiziki durumunun yaxşı olmadığını, sentyabrda meydana çıxa biləcəyini deyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 260 16.08.19 22:09