Azərbaycanlı güləşçi dünya çempionatında finala çıxdı - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:13 İmişlidə qəza: Xəsarət alanlar var  |     22:48 Qanunsuz avtomobil idxalına görə tutulan gömrük ekspertinə hökm oxunub  |     22:40 Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib  |     22:33 Keniyada son bir ayda daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb  |     22:26 Hər gün duş qəbul etsək nə olar?  |     22:15 12 min manat aliment borcunu ödəmədi - Həbs edildi  |     22:01 Rusiyadan idxal olunan kartofda zərərli orqanizm aşkarlandı  |     21:50 Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)  |     21:44 Ukrayna əsgərləri Kremennaya yaxınlığında itirilmiş mövqelərini geri aldı - ISW  |     21:28 Şəmkirdə tikinti materialları satışı mağazası yanıb, bir nəfər xəsarət alıb  |     21:20 İmişlidə yol qəzası olub, xəsarət alanlar var  |     21:11 Keçmiş gömrük əməkdaşına hökm oxunub  |     21:06 Fransada nümayişçilərlə polis arasında toqquşma olub, 17 nəfər saxlanılıb  |     20:59 Erməni hərbi həkimlər NATO-nun təlimlərində iştirak edəcəklər  |     20:47 Azərbaycanda beyin ölümü keçirən şəxslərin yaxınları transplantasiyaya razılıq verməyib  |     20:39 Ukraynanın Xarkov vilayətinə hücum olub, ölənlər və yaralananlar var  |     20:30 Azərbaycandan çıxışına qadağa qoyulan 495 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb  |     20:25 Sabahın hava proqnozu açıqlanıb  |     20:18 Ağacların qanunsuz kəsilməsinə dair sənədlər Baş Prokurorluğa göndərilib  |     20:09 Azərbaycanda tikinti materialları istehsal edən müəssisə özəlləşdirilib  |    

Azərbaycanlı güləşçi dünya çempionatında finala çıxdı - YENİLƏNİB

Estoniyanın paytaxtı Tallində keçirilən gənc güləşçilərin dünya çempionatında ilk idmançımız finala çıxıb.

Median.Az
xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşi üzrə idmançımız Zaur Əliyev yarımfinalda yapon rəqibini 4:0 hesabı ilə məğlub edərək finalda mübarizə aparmaq hüququ əldə edib.

Qeyd edək ki, finalda onun rəqibi rusiyalı Ənvər Allahyarov olacaq. Bu görüş sabah keçiriləcək.

***

Estoniyanın paytaxtı Tallində gənc güləşçilərin dünya çempionatı keçirilir.

Median.Az
xəbər verir ki, avqustun 12-dən başlayan dünya çempionatında artıq sərbəst və qadın güləşçilərimiz çıxışlarını başa vurublar.

Sərbəst güləş millimiz üç medalla turniri tərk edib. Bunlar Turan Bayramov (-65 kq), Əbubəkr Abakarov (-79 kq) və Hacımurad Hacıyevdir (-74 kq). Hər üç güləşçimiz bürünc medal qazanıb.

Üç güləşçi ilə qatılan qadın millimiz bütün görüşlərdə uduzaraq mübarizəni dayandırıb.

Bu gündən etibarən isə güləşin yunan-Roma növü üzrə millimiz mübarizəyə qoşulub. Təəssüf ki, bu gün mübarizəyə qoşulan beş güləşçimizdən dördü ilk görüşdə uduzub. Yalnız Zaur Əliyev (-55 kq) Qırğızıstan və Moldovadan olan rəqiblərinə müvafiq olaraq 8:0 və 10:0 qalib gələrək yarımfinala çıxıb. O, finala çıxmaq üçün yaponiyalı Ken Matsuini məğlub etməlidir.

Qeyd edək ki, dünya çempionatına avqustun 18-də yekun vurulacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 447 16.08.19 19:13