Oğurlanmış uşaqlar tapıldı - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:43 Taksi qiymətləri yenidən bahalaşıb? - Eyni yola 1 manat daha artıq  |     22:36 "Crocus"un bütün əcnəbi işçilərinin terrorda əli olub-olmadığı yoxlanılır - "Baza"  |     22:27 91 yaşlı ana oğlunun şəhid olduğu ərazidə (VİDEO)  |     22:00 Bakıda külək elektrik stansiyası tikiləcək  |     21:53 Sabah Bakının üç rayonunda qaz olmayacaq  |     21:46 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir  |     21:28 Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərilib  |     21:17 Almaniya Prezidenti Türkiyəyə səfər edəcək  |     21:11 Almaniya millisinin sabiq futbolçusu vəfat edib  |     20:58 Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - PROQNOZ  |     20:50 Azərbaycanda hesabatlılıqdan yayınan provayderlər cərimələnib  |     20:45 Jozep Borrell: İranın İsrailə cavab zərbəsi endirəcəyini bilirdik  |     20:39 Tayvan yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb  |     20:26 HƏMAS İsrailə güzəştə getməkdən imtina edib  |     20:19 ABŞ İranla bağlı sənədi BMT TŞ-yə göndərib  |     20:18 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib  |     20:12 Bakıda qadın sürücü yol qəzasında ağır xəsarətlər alıb  |     20:01 Çexiya Ukrayna üçün 180 min mərmi almağa razılaşıb  |     19:54 Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib  |     19:36 Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək  |    

Oğurlanmış uşaqlar tapıldı - YENİLƏNİB

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Binəqədi rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi və Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində iki azyaşlını oğurlayan qadın tutulub.

Bu barədə oxu.az-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat veriblər.

Bildirilib ki, azyaşlıları oğurlayan qadın Nargilə Quliyevadır. Hazırda insan oğurluğunun səbəbləri araşdırılır.

Qadın tutularkən uşaqlar yayında olub. Polis uşaqları aidiyyəti üzrə təhvil verib.

* * * * *

Bakı polisi Binəqədi rayonunda naməlum qadın tərəfindən oğurlanmış azyaşlı qardaş və bacının axtarışını davam etdirir. Uşaqlar və qadın sonuncu dəfə Beynəlxalq Avtovağzal Kompleksi ərazisində görünüb - müşahidə kamerası onları görüntüləyib.

Bu barədə oxu.az-a Binəqədi Rayon Polisindən məlumat veriblər.

Qeyd edək ki, 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızı və 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rəhim oğlu 3-cü mədən küçəsinin 76-cı korpusu ərazisində itiblər.

Məlum olub ki, uşaqları Bərdə rayonuna aparıblar. Cinayət-axtarış bölməsinin bir qrup əməliyyatçısı itmiş uşaqları axtarmaq üçün rayona gedib.

Uşaqların anası Çiçək Aslanova işlədiyi kafeyə gəlmiş Bərdədən olan uşaqlı qadını qonaq saxlamasından danışıb. Ç.Aslanova onları yedirdib və bir günlük öz evinə gətirib. Səhəri gün işə gedən Ç.Aslanova düşünüb ki, qonaqları tezliklə gedəcəklər. Lakin sonra aydın olub ki, naməlum qadın onun uşaqlarını oğurlayıb.

Oğru qadının şəxsiyyəti və oğurluğun hansı məqsədlə törədildiyi hələlik bilinmir. Bu istiqamətdə iş aparılır.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 248 16.08.19 17:57