Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq klubunun əməkdaşı, yüngül atlet Zəkiyyə Həsənova daha bir mötəbər beynəlxalq yarışdan medalla dönüb.
Median.Az-ın məlumatına görə, bu barədə Oxu.Az-a nazirlikdən xəbər verilib.
Bildirilib ki, Zəkiyyə Həsənova növbəti uğuruna 10-11 avqust 2019-cu il tarixlərində Makedoniyanın Skopye şəhərində keçirilən Avropa çempionatında imza atıb. 13 ölkənin təmsil olunduğu çempionatın birinci günü idmançımız 100 m məsafəyə qaçışda 11,94 saniyə, 4x100 m məsafəyə estafet qaçışında isə 46,92 saniyə nəticə ilə, yarışların ikinci günü isə 200 m məsafəyə qaçışda 24,52 saniyə nəticə ilə bürünc medal qazanıb.