Gürcüstan dağlarında itkin düşən üç belaruslu qadından yalnız biri sağ tapıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Gürcüstan dağlarında itkin düşən üç belaruslu qadından yalnız biri sağ tapıldı

Xilasedicilər Svanetiyada itkin düşmüş qadın turistlərin birini sağ tapıb, digər ikisi ölüb.

“Tut.by” xəbər verir ki, Elena adlı qadın hazırda Mestia yaşayış məntəqəsinin xəstəxanasındadır.

Xilasedicilər onun sağ qalmasını təcrübəli olması ilə izah edirlər. Qadın əri ilə birlikdə 40 ilə yaxındır ki dağ turizmi ilə məşğuldur.

Qadının danışdığından bəlli olub ki, o digər iki turistlə bir qrupda bir-birilərinə iplə bağlanmış vəziyyətdə hərəkət ediblər. Zirvədən düşən yolda dar yedə qadınların birinin ayağı sürüşüb və onlar birlikdə aşağı yuvarlanıblar.

Səhər isə xilasedicilər dağ arası yarıqdan fənər işığı görüblər. Qadını tapan xilasedicilər onda heç bir sınığın olmadığını bildiriblər.

Xatırladaq ki, Belarusun Brest şəhərindən Gürcüstanın Tetnuldi dağına bir qrup turist yollanıb. Onlar zirvəyə qalxıblar, oradan düşəndə isə faciə baş verib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 507 16.08.19 11:25