İntihar edən məşhur musiqiçinin borcları üzə çıxdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |    

İntihar edən məşhur musiqiçinin borcları üzə çıxdı

Mart ayında intihar edən “The Prodigy” qrupunun solisti Kit Flintin 7.3 milyon funt sterlinq borcu olduğu üzə çıxıb.

Bu barədə “The Sun” qəzeti məlumat yayıb.

Nəşr orqanının məlumatına əsasən, Flintin 11.6 milyon funt sterlinqlik sərvəti bütün borcları ödəndikdən sonra 4.3 milyon funt sterlinqə qədər azalıb. Onun borcları arasında “De Bohun İnns Limited” pablar şəbəkəsinə 0.5 milyon funt sterlinq borcu da olub.

Eyni zamanda məlum olub ki, Flint ölümündən bir neçə gün əvvəl Esskes qraflığı, Danmou rayonundakı mülkünü də satışa çıxarıbmış. Onun evi 1.5 milyon funt sterlinq dəyərində qiymətləndirilib.

Bildirilir ki, maliyyə problemləri fonunda son iki il ərzində 1.5 milyon funt sterlinq gəlir əldə edib. Qeyd edək ki, Flintin meyiti 4 mart tarixində onun Danmoudakı evində tapılıb.

Onun arvadı Mayumi Kai ilə boşandıqdan sonra depressiyaya düşərək intihar etdiyi ehtimal edilirdi. Artistin qanında kokain, alkoqol və kodein aşkar edilmişdi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 387 16.08.19 11:12