UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən “Bney Yehuda” - “Neftçi” oyunu başa çatıb.
Median.Az xəbər verir ki, görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində yeganə qolun müəllifi 90-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Emin Mahmudov olub.
Beləliklə, “Neftçi” iki oyunun nəticəsinə əsasən UEFA Avropa Liqasında mübarizəsini dayandırıb.
“Bney Yehuda” klubu play-off mərhələsində “Malmö” (İsveç) – “Zrinski” (Bosniya və Herseqovina) duelinin qalibi ilə qarşılaşacaq.
***
Avropa Liqası 3-cü təsnifat mərhələsi, cavab oyunu
21:00. "Bney Yehuda" (İsrail) - "Neftçi" - 2:0 (İkinci hissə)
Qollar: Don Jan, 14, Tamqi Saqas, 66
Hakimlər: Daniele Doveri, Alessandro Kostantso, Alessio Tolfo, Fabritsio Paskua
İlk oyun - 2:2
***
Avropa Liqası 3-cü təsnifat mərhələsi, cavab oyunu
21:00. "Bney Yehuda" (İsrail) - "Neftçi" - 1:0 (Birinci hissə)
Qol: Don Jan, 14
Hakimlər: Daniele Doveri, Alessandro Kostantso, Alessio Tolfo, Fabritsio Paskua
İlk oyun - 2:2
***
"Neftçi" Avropa Liqasının üçüncü təsnifat mərhələsində bu gün cavab oyununa çıxıb.
Median.Az qol.az-a istinadən xəbər verir ki, Roberto Bordinin komandası səfərdə İsrailin "Bney Yehuda" klubu ilə qarşılaşır. Petak Tikvadakı "Ha Moshava" stadionunda keçirilən matç Bakı vaxtı ilə saat 21:00-da başlayıb. Bu komandalar arasında ölkəmizdəki görüşdə bərabərlik qeydə alınıb - 2:2. "Neftçi" səfərdə sərfəli nəticə ilə növbəti mərhələyə yüksəlməyə çalışacaq.
Qeyd edək ki, "Neftçi" "Bney Yehuda" səddini keçəcəyi halda, pley-off-da "Malmö" (İsveç) - "Zrinski" (Bosniya və Herseqovina) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar arasında ilk oyunda İsveç təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.
16 avqust
Avropa Liqası 3-cü təsnifat mərhələsi, cavab oyunu
21:00. "Bney Yehuda" (İsrail) - "Neftçi" - 0:0 (Birinci hissə)
Hakimlər: Daniele Doveri, Alessandro Kostantso, Alessio Tolfo, Fabritsio Paskua
İlk oyun - 2:2