Con Bolton Rusiyanı oğurluqda ittiham etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:08 Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO  |     14:06 Əlavə qatqılar, allergik təsirlər: Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ - VİDEO  |     14:04 İşıqforu təpikləyib, kəllə atdı: Bakıda çəkilən görüntülər təəccüb doğurdu - VİDEO  |     14:00 Naftalanda qadın ağır yanıq xəsarətləri alıb  |     13:58 Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?  |     13:57 Palma yağının ölkəyə gətirilməsi qadağan edilməlidir? - VİDEO  |     13:56 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib  |     13:40 Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll ediblər”  |     13:36 Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA  |     13:24 TƏBİB-dən Cavanşir Məmmədovun ölüm xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB  |     23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |    

Con Bolton Rusiyanı oğurluqda ittiham etdi

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Rusiyanı hipersəs silahlarının yaradılması məsələsində Amerika texnologiyasını oğurlamaqda ittiham edib.

Con Bolton “Voice of America”ya müsahibəsində deyib ki, Rusiya iqtisadiyyatı Niderland kriteriyalarına yaxındır:

“Lakin Rusiya təkcə nüvə arsenalını modernləşdirmək üçün deyil, həm də yeni nəqliyyat vasitələri – hipersəs silahlar yaratmaq üçün kifayət qədər pul xərcləyir”.

ABŞ rəsmisi qeyd edib ki, Rusiyanın hipersəs planlı uçuş aparatları, hipersəs qanadlı raketləri Amerika texnologiyasından oğurluqdur.

Onun sözlərinə görə, digər ölkələrin də həmin ideyanı əldə edəcəyi ehtimalı ABŞ və müttəfiqləri üçün əsl problem olaraq qalır.

C.Bolton Severodvinsk hərbi təlim poliqonunda baş verən hadisəni də şərh edib.

Müşavirin fikrincə, poliqondakı hadisə Rusiyanın nüvə silahlarının təkmilləşdirdiyini nümayiş etdirir.

Xatırladaq ki, avqustun 8-də Rusiyanın Arxangelsk vilayətindəki Severodvinsk şəhəri yaxınlığında poliqonda partlayış baş verib. Avqustun 10-da “Rosatom” dövlət korporasiyası məlumat verib ki, şirkətin 5 əməkdaşı hadisə nəticəsində ölüb.

Partlayışın raket sınağı zamanı baş verdiyi bildirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 598 15.08.19 13:12