Mingəçevir sakini münaqişə zamanı bıçaqlanıb » Median.Az News Agency


Mingəçevir sakini münaqişə zamanı bıçaqlanıb
Mingəçevirdə 32 yaşlı kişi bıçaqlanıb.

Median.Az
-ın APA-ya istinadən məlumatına görə, hadisə axşam saatlarında şəhərin Sağ sahil yaşayış massivində baş verib.

Belə ki, mübahisə və münaqişə zəminində 1987-ci il təvəllüdlü şəhər sakini Əhmədov Cəlil Zabit oğlu bıçaqlanaraq ağır xəsarət alıb. Xəstəxanaya çatdırılan yaralı ilkin müayinədən və tibbi yardımdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin hansı zəmində baş verdiyi, kim və yaxud kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          482 14.08.19 23:00