Bakı sakini mağazanı partlatmaq istədi: 100 manat borca görə » Median.Az News Agency


Bakı sakini mağazanı partlatmaq istədi: 100 manat borca görə
Bakı sakini polisə zəng edərək etiraf edib ki, 100 manat borcu olduğu mağazanı partlatmaq istəyir.

Median.Az
xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Məlumata görə, 1974-cü il təvəllüdlü Qəribov Qalib Qərib oğlu avqustun 12-də saat 20:27-də "102” telefon xidmətinə zəng edib. Kişi bildirib ki, Xətai rayonu, Dostluq küçəsində yerləşən "Mayak” mağazasına pul borcu var.

Şikayətçi bu səbəbdən ticarət obyektini partlatmaq istədiyini deyib. Lakin 37-ci Polis bölməsinin əməkdaşları xuliqanı taparaq saxlayıblar. Saxlanılan Q.Qəribovun psixi xəstə olduğu üzə çıxıb.

Asayiş keşikçiləri onu 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdiriblər.
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          936 14.08.19 17:50