Bakıda avtomobillərdən oğurluq edən 4 nəfər saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakıda avtomobillərdən oğurluq edən 4 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, Nəsimi RPİ 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 10-da rayon ərazisində “Lada Priora” markalı avtomobildən 2 ədəd mobil telefon oğurlayan Abşeron rayon sakini olan yeniyetmə saxlanılıb.

Araşdırma zamanı onun daha bir avtomobildən, içərisində 60 manat olan pul kisəsi, 2 ədəd qidalandırıcı qurğu və mobil telefon oğurlaması məlum olub.

Bundan başqa, Binəqədi RPİ 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 20-də rayon ərazisində bir avtomobildən 350 manat pul oğurlayan Şəmkir rayon sakini olan yeniyetmə saxlanılıb.

Suraxanı RPİ 33-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-da Bakı şəhər sakini V.Əhmədova məxsus “QAZel” markalı avtomobildən 40 manat pul oğurlayan Ağdam rayon sakini S.Əliyev saxlanılıb.

Suraxanı RPİ 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 7-də rayon ərazisindəki 4 avtomobilin
yan güzgülərini oğurlayan Bakı şəhər sakini V.Musayıbov saxlanılıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          588 14.08.19 14:11