Bakıda avtomobillərdən oğurluq edən 4 nəfər saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |    

Bakıda avtomobillərdən oğurluq edən 4 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Nəsimi RPİ 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 10-da rayon ərazisində “Lada Priora” markalı avtomobildən 2 ədəd mobil telefon oğurlayan Abşeron rayon sakini olan yeniyetmə saxlanılıb.

Araşdırma zamanı onun daha bir avtomobildən, içərisində 60 manat olan pul kisəsi, 2 ədəd qidalandırıcı qurğu və mobil telefon oğurlaması məlum olub.

Bundan başqa, Binəqədi RPİ 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 20-də rayon ərazisində bir avtomobildən 350 manat pul oğurlayan Şəmkir rayon sakini olan yeniyetmə saxlanılıb.

Suraxanı RPİ 33-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-da Bakı şəhər sakini V.Əhmədova məxsus “QAZel” markalı avtomobildən 40 manat pul oğurlayan Ağdam rayon sakini S.Əliyev saxlanılıb.

Suraxanı RPİ 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 7-də rayon ərazisindəki 4 avtomobilin
yan güzgülərini oğurlayan Bakı şəhər sakini V.Musayıbov saxlanılıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 923 14.08.19 14:11