Başqırdıstanda məktəblilər təsadüfən qədim məqbərə tapdılar » Median.Az News Agency


Başqırdıstanda məktəblilər təsadüfən qədim məqbərə tapdılar
Başqırdıstanda Yaktı-Gül gölünün yaxınlığında məktəblilər qazaraq qədim məqbərə tapıblar.

“Bash.news” xəbər verir ki, tapıntı eramızdan əvvəl 5-ci yüzilliyə təsadüf edir və son zamanlar ərzində ən mühüm kəşf hesab edilir.

“Tarix düşərgəsi” çərçivəsində aparılan qazıntılarda məktəblilərin işinə arxeoloqlar nəzarət edir.

Alimlər artıq tapıntıların analizinə başlayıblar. Məqbərə “erkən köçərilər” dövrünə aid edilib.

Yaktı-Gül gölünün yaxınlığında 80-dən artıq arxeologiya abidəsi tapılıb bu da ərazidə tarixi muzey qoruğunun yaranması zərurəti yaradır.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          435 14.08.19 12:26