ABŞ-da təyyarəyə “MacBook Pro” notbuklarını keçirmək qadağan edildi » Median.Az News Agency


ABŞ-da təyyarəyə “MacBook Pro” notbuklarını keçirmək qadağan edildi
ABŞ aviasiya idarəsi (FAA) “Apple” şirkətinin istehsalı olan “MacBook Pro” notbuklarının təyyarə ilə daşınmasına qadağa qoyub.

TASS xəbər verir ki, qadağa 2015-ci ilin sentyabrından 2017-ci ilin fevralına kimi satılmış kompyuterlərə şamil ediləcək.

İyunda “Apple” bu notbukların geri çağırılması haqqında bəyanat verib. Şirkətin mütəxəssisləri 15-düymlük “MacBook Pro”larda nöqsan aşkar ediblər: notbukun batareyası qızdığından yanğın təhlükəsi yaranır.

FAA bundan xəbərdar olaraq qadağa qoyduğunu açıqlayıb.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          452 14.08.19 11:19