"Araz" supermarketlər şəbəkəsindən növbəti fırıldaq — DİQQƏTLİ OLUN! - FOTOFAKT » Median.Az - Bütün xəbərlər bir ünvanda


"Araz" supermarketlər şəbəkəsindən növbəti fırıldaq — DİQQƏTLİ OLUN! - FOTOFAKT
"Araz" Supermarketlər Şəbəkəsində məhsulun vitrindəki qiyməti ilə kassadakı qiyməti arasında fərq varmış.

Median.Az xəbər verir ki, bu barədə tanınmış televiziya operatoru Ramin Şahbazov sosial şəbəkədə yazıb:

""Araz" supermarketin qiymət firıldağı, vitrində 1.79 azn-ə olan "Slavyanka Boyaruska" şirniyyatı, kassada 2.39 azn-ə hesablanır. Məsələ ilə bağlı etirazımı bildirəndə, cavabları belə oldu ki, istəmirsənsə məhsulu geri qaytar".
Qeyd edək ki, tanınmış jurnalist Səbuhi Məmmədli bir neçə gün öncə sözügedən marketlər şəbəkəsinin kiflənmiş pendir satmasıyla bağlı sosial şəbəkədə paylaşım etmişdi. Həmin vaxt kiflənmiş pendirə görə S.Məmmədlidən üzr istənilmişdi.//ölkə.azскачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          455 13.08.19 21:26