Türkiyənin ən böyük “Şeytan çarxı” Antalyada açıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |     18:52 Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır  |     18:33 Bakıda işçi mühafizə etdiyi idman zalınının kassasını talayıb - VİDEO  |     17:12 Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur  |     17:03 Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - VİDEO  |     16:46 Azərbaycanın xarici dövlət borcu açıqlandı  |     16:42 Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi  |    

Türkiyənin ən böyük “Şeytan çarxı” Antalyada açıldı

Antalyada Türkiyənin ən yüksək “Şeytan çarxı” istifadəyə verilib.

“Daily Sabah” xəbər verir ki, nəhəng qurğu “Antalyanın ürəyi” adlanır.

90 metr hündürlüyündə inşa olunmuş çarx şəhərin Konyaaltı bölgəsində, Aktur əyləncə parkında yerləşir. Çarxın ən yüksək nöqtəsindən şəhər mərkəzinə və Antalya buxtasına gözəl mənzərə açılır.

“Antalyanın ürəyi” yüksəkliyinə görə Avropada sadəcə “London gözü”ndən geri qalır.

400 ton ağırlığında olan çarx Çində hazırlanıb və iki ay ərzində dəniz yolu ilə şəhərə çatdırılıb. Onun Antalyada quraşdırılması üçün isə daha səkkiz ay lazım olub.

Qurğu dörd VİP və 42 adi kabinədən ibarətdir. Onun bir tam dövr etməsi 18 dəqiqəyə başa gəlir.

Biletlərin qiymətləri sadə kabinələr üçün 30 türk lirəsi (təqribən 9 AZN – red.), VİP kabinələr üçün isə 200 lirədir (təqribən 60 AZN – red.).скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 037 13.08.19 19:46