Snayperlərimiz beynəlxalq yarışda ikinci oldu - FOTO » Median.Az News Agency


Snayperlərimiz beynəlxalq yarışda ikinci oldu - FOTO
“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsinin dördüncü mərhələsi icra edilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bu mərhələnin şərtlərinə əsasən müsabiqə iştirakçısı olan ölkələrin komandalarından iki nəfər ayrılaraq qarışıq snayper cütlükləri təyin olunur.

“Beynəlxalq qarışıq snayper cütlüklərinin dueli” mərhələsinin icrası zamanı Qırğızıstan və Monqolustan komandalarından olan snayperlər ilə bərabər yarışan komandamızın snayperləri müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.//Baku.ws

скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          448 13.08.19 19:23