Azərbaycanda dörd nəfər insan alverinə görə axtarışa verilib, üçü əcnəbidir - SİYAHI » Median.Az News Agency


Azərbaycanda dörd nəfər insan alverinə görə axtarışa verilib, üçü əcnəbidir - SİYAHI
Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin saytında 2019-cu ilin birinci yarısı üzrə insan alveri ilə bağlı cinayət əməllərinə görə axtarışa verilən şəxslərin siyahısı dərc olunub.

Cari il bu cinayət əməlinə görə dörd nəfər axtarışa verilib.

Bunlar Türkiyə vətəndaşları - 1971-ci il təvəllüdlü Gursen Tarkan və 1992-ci il təvəllüdlü Solun Doğan, İran vətəndaşı, 1962-ci il təvəllüdlü Taheri Mahmoudi Mohsen, Azərbaycan vətəndaşı, 1957-ci il təvəllüdlü Ceyranlı Fərman Cahan oğludur. Onlar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi (144-1) ilə 2019-cu ildə axtarış elan olunub.

Fərman Ceyranlı və Taheri Mahmoudi Mohsen İnterpol vasitəsilə beynəlxalq axtarışdadır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          541 13.08.19 18:45