Metro gücləndirilmiş rejimə keçir » Median.Az News Agency


Metro gücləndirilmiş rejimə keçir
Bu gün UEFA Çempionlar Liqası çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) oyunu ilə əlaqədar olaraq metroda sərnişinlərin rahatlığı və təhlükəsizliyini təmin etmək məqsədilə bütün lazımi tədbirlər görülüb.

Bunu oxu.az-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, xüsusən “Gənclik”və “Nəriman Nərimanov” stansiyaları üçün əlavə işçi qüvvəsi ayrılıb:

“Bütün təhlükəsizlik tədbirlər görülüb ki, sərnişinlər oyunu izləməyə gedəndə və gələndə tam rahat şəkildə metrodan istifadə etsinlər. Metro saat 00:00-a kimi açıq olacaq. Çünki oyun saat 22:00-da bitəcək”.

Qeyd edək ki, oyun bu gün Bakı vaxtı ilə 20:30-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          538 13.08.19 13:15