İtaliyalı kosmosdan İbiza üçün konsert verəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda


İtaliyalı kosmosdan İbiza üçün konsert verəcək
İtaliyalı astronavt Luka Parmitano Yer orbitində elektron musiqi həvəskarları qarşısında çıxış edəcək.

“RİA Novosti” xəbər verir ki, konsert avqustun 13-də silsilə “BigCityBeats World Club Dome Cruise Edition” tematik layihəsi çərçivəsində İbizada baş tutacaq. Astronavt Beynəlxalq Kosmik stansiyada “Columbus” modulunda çıxış edərək ilk “kosmik DJ” kimi tarixə düşəcək.

Luka Parmitano Beynəlxalq Kosmik Stansiyaya iyulun 20-də kosmik gəmidə rusiyalı Aleksandr Skvortsov və amerikalı Endryu Morqanla birlikdə yola düşüb. Bu, italiyalının kosmosa ikinci uçuşudur.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          740 13.08.19 12:03