Gürcüstanda rusiyalı turistlərin sayı 70 faiz azalıb » Median.Az News Agency


Gürcüstanda rusiyalı turistlərin sayı 70 faiz azalıb
Rusiyadan Gürcüstana gələn turistlərin sayı 70% azalıb.

Bu haqda “İzvestiya” qəzetinə Rusiya turizm sənayesi birliyinin vitse-prezidenti Yuriy Barzıkin bildirib.

Onun sözlərinə görə, hazırda Rusiya vətəndaşları Gürcüstana yalnız yerüstü nəqliyyat vasitəsi ilə, o cümlədən qonşu Azərbaycan və Ermənistan ərazisindən tranzitlə gəlirlər. Avia əlaqənin bərpası yaxın zamanda gözlənilmir.

Qəzetin diplomatik mənbələrdən aldığı xəbərə görə, Rusiya ilə Gürcüstan arasında uçuşlar ən azı 2020-ci ilin oktyabr ayına kimi, bu ölkədə keçiriləcək parlament seçkilərinə qədər bərpa olunmayacaq.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          579 13.08.19 12:13