Türkiyənin cənubunda dörd PKK terrorçusu öldürülüb » Median.Az News Agency


Türkiyənin cənubunda dörd PKK terrorçusu öldürülüb
Türkiyənin Hakkari vilayətində, Yüksəkova ərazisində 4 PKK terrorçusu məhv edilib.

“Anadolu” xəbər verir ki, əməliyyat ölkənin cənub-şərqində kənd ərazilərində baş tutub. Burada terrorçulara qarşı əməliyyatlarda jandarm qüvvələrindən istifadə olunub.

Qeyd olunur ki, PKK terrorçuları 2015-ci ildən hücumlarını bərpa ediblər. Türkiyədə o vaxtdan indiyə kimi 500 dinc sakin və 800 nəfər təhlükəsizlik qüvvələrinin əməkdaşları həlak olub. Hərbi əməliyyatlar zamanı 10 min PKK terrorçusu zərərsizləşdirilib.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          529 13.08.19 11:42