Qüdsün Babil tərəfindən alınması ilə bağlı yeni faktlar » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Qüdsün Babil tərəfindən alınması ilə bağlı yeni faktlar

İsrail alimləri eramızdan əvvəl 587-586-cı illərdə qədim Qüdsün Babil tərəfindən alındığını göstərən izlər aşkar ediblər.

Tədqiqatçılar Dəmir dövrünə aid kül qatları, skif oxlarının ucluqları, saxsı qırıqları, habelə gümüş və qızıl zinət əşyaları aşkar ediblər. Bu artefakt və materialların uyğunluğu dəqiq olaraq Qüdsün alınması ilə əlaqələndirilir. Məsələn, skif oxlarının ucluqları Babil döyüşçüləri tərəfindən istifadə edilib və əramızdan əvvəl VII-VI əsrlər üçün səciyyəvidir. Tapıntıları bürüyən kül qatı isə şəhərin talan və məhv edilməsini göstərir.

Arxeoloqlar qızıl fırça və aşağı hissəsi üzüm salxımına bənzər, zınqırov şəklində sırğa da tapıblar. Bunlar Qüdsdə mühasirə zamanı yaşayan insanların zəngin olduğunu göstərir.

Hesab edilir ki, Qüdsün Babil hökmdarı II Navuxodonosor tərəfindən alınması çox sayda insanın ölümünə, yanğınlara və şəhərin dağılmasına, eləcə də Solomon məbədinin məhv edilməsinə səbəb olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 368 12.08.19 12:34