Nardaranda batan 4 uşaqdan sonuncusunun meyiti tapıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda


Nardaranda batan 4 uşaqdan sonuncusunun meyiti tapıldı
Nardaranda dənizdə batan dörd uşaqdan sonuncusunun meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 10.08.2019-cu il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində, dənizdə qeyri-çimərlik (nəzarətsiz) ərazidə batan 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızının axtarışları başa çatıb.

Z.Cəfərzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 172 12.08.19 11:57