İki gün ərzində 23 suriyalı hərbçi həlak olub » Median.Az News Agency


İki gün ərzində 23 suriyalı hərbçi həlak olub
Suriya ordusunun 23 hərbçisi 10-11 avqust tarixlərində yaraqlılar tərəfindən edilən hücum nəticəsində həlak olub, daha 7-si yaralanıb.

“RİA Novosti” xəbər verir ki, yaraqlılar avqustun 10-da Sukayk-Açan istiqamətində, İkko yaşayış məntəqəsi ərazisində, avqustun 11-də isə Murek-Açan və Kafer-Ayn — Kafer-Nbuda istiqamətlərində hökumət qoşunlarının mövqelərinə hücum ediblər.

Məlumata görə, yaraqlıların bütün hücumlarının qarşısı alınıb. Bu zaman 23 hərbçi ölüb, daha 7-si yaralanıb. Yaraqlıların sayı əvvəlcədən 700 nəfər olsa da sonra onlar ciddi itkilərlə üzləşiblər.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          294 12.08.19 11:32