Türkiyədə Qarabağ günləri keçirildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |    

Türkiyədə Qarabağ günləri keçirildi

Türkiyənin Afyonqarahisar şəhərində Qarabağ mədəniyyətinin təbliğ edilməsi ilə bağlı silsilə tədbirlər keçirilib.

Bolvadin rayonunda baş tutan “Qarabağ Günləri” adlı tədbirdə əslən Qarabağdan olan və hazırda Türkiyədə yaşayan əhali ilə yanaşı, yerli camaat və rayon icra hakimiyyəti nümayəndələri də iştirak edib.

2015-ci ildən etibarən baş tutan festival çərçivəsində Azərbaycan və Qarabağa aid musiqi əsərləri səsləndirilib, Qarabağ təamları, milli oyun nümunələri nümayiş etdirilib.

Tədbirin təşkilatçılarından olan Mehmet Aydın Oxu.Az-a açıqlamasında bildirib ki, festivalın keçirilməsində əsas məqsəd bizdən sonrakı nəsillərin də əslən kim olduqlarını, atalarını, keçmişini unutdurmamaqdır:
“Bolvadin rayonunda 3 Qarabağ kəndi var – Böyük Qarabağ, Orta Qarabağ və Dərə Qarabağ. Hər 3 kənddə yaşayan əhali əslən Azərbaycanın Qarabağ bölgəsindən köçərək Türkiyədə məskunlaşanlardır. Bir neçə il əvvələ qədər müxtəlif bayramlarda və xüsusi günlərdə toplaşırdıq, lakin 2015-ci ildən etibarən qərara aldıq ki, özümüzə - Qarabağa aid festival təşkil edək. Hər il keçirdiyimiz bu tədbirdə Qarabağa aid yeməklər hazırlanır, musiqilər səsləndirilir, rəqslər, müxtəlif oyunlar nümayiş etdirilir”.

Mehmet Aydının sözlərinə görə, Türkiyə türkçəsində istifadə edilməyən lakin Azərbaycan dilinə, Qarabağ şivəsinə məxsus 2500-dən çox söz və ifadə var.

“Bu səbəbdən biz həm dilimizi, həm də Qarabağın mədəniyyətini, incəsənətini yaşatmaq və gələcək nəsillərə ötürmək üçün əlimizdən gələn addımları atırıq”, - deyə o, əlavə edib.
/oxu.az/скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 757 12.08.19 11:31