Şəmkirdəki yol qəzasında xəsarət alanların kimliyi bəlli oldu - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda


Şəmkirdəki yol qəzasında xəsarət alanların kimliyi bəlli oldu - YENİLƏNİB
Şəmkir rayonunun Çinarlı kəndində qeydə alınan qəzada xəsarət alanların kimliyi məlum olub.

Hhadisə nəticəsində 1964 cü il təvəllüdlü Xəlilov Aftandil Yaqub oğlu, 1961 ci il təvəllüdlü Əliyev Mətləb Ələsrəf oğlu və Əliyeva Şəlalə Mahmud qızı xəsarət alıblar. Qadının vəziyyəti daha ağır qiymətləndirilir. Onu FHN əməkdaşları avtomobildən çıxarıblar. Zərərçəkənin bel nahiyyəsindən ağır xəsarət aldığı bildirilir.

Hadisənin səbəbləri dəqiqləşdirilir.

Qeyd edək ki, Şəmkir rayonunun Çinarlı kəndində baş verən qəza zamanı "VAZ 21 010" markalı avtomobillə digər "VAZ" markalı maşın toqquşub.

* * * * *

Şəmkir rayonunun Çinarlı kəndində “VAZ" markalı iki minik avtomobili toqquşub.


Fövqəladə Hallar Nazirliyinin verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücünü maşından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
/oxu.az/скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          802 12.08.19 11:27