Zaqatala növbəti dəfə silkələndi - YENİLƏNİB + VİDEO
Avqustun 10-da Zaqatala seysmolojı stansiyasından 14 kilometr cənub-qərbdə - Zaqatala ərazisində maqnitudası 3.4 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla 14:00-da qeydə alınıb.
Ocağı 14 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.
* * * * *
Azərbaycanda 6 bal gücündə zəlzələ qeydə alınıb.
Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, bu gün yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 18 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ olub.
Dərinliyi 5 km olan zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.
* * * * *
Zaqatalada 4,9 ballıq zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, təkanlar yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 17 km cənub-qərbdə Zaqatala ərazisində qeydə alınıb.
Maqnituda 4.9, dərinliyi 2 km olan zəlzələ hiss olunub.
* * * * *
Qaxda zəlzələ olub.
Səhər saat 11:36-da Qax rayonu ərazisində zəlzələ qeydə alınıb.
Yeraltı təkanın gücünün təqribən dörd bala yaxın olduğu bildirilir.
Zəlzələ Zaqatalada da hiss edilib.
Dağıntılar barədə məlumat yoxdur.
/oxu.az/
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!