Sabunçuda kütləvi dava: Yaralılar var - VİDEO » Median.Az News Agency


Sabunçuda kütləvi dava: Yaralılar var - VİDEO
Bakının Sabunçu rayonunda kütləvi dava olub, 2 dost bıçaqlanıb.

Bakıxanov qəsəbəsində dava edənləri ayırmaq üçün müdaxilə edən 2000-ci il təvəllüdlü Xəlilov Pərviz Elxan oğlu və 1999-cu il təvəllüdlü Bayramov Fərhad Əli oğlu bıçaqlanıb.

Hər iki yaralı təcili olaraq xəstəxanaya çatdırılıb. P.Xəlilova sol budun, F.Bayramova isə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
/oxu.az/


скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 110 10.08.19 13:51