Rusiyada artilleriya anbarında növbəti partlayış olub, 8 nəfər yaralanıb - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:00 Təbrizdə Ermənistanın baş konsulluğu açılır  |     11:51 Azərbaycanda balıq ovunun qadağan ediləcəyi tarix AÇIQLANDI  |     11:42 Xankəndidə silah-sursat aşkarlanıb  |     11:36 İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI  |     11:31 Kreml NATO-ya xəbərdarlıq edib  |     11:17 Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR  |     22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |    

Rusiyada artilleriya anbarında növbəti partlayış olub, 8 nəfər yaralanıb - YENİLƏNİB

Bu gün Rusiyanın Krasnoyarsk diyarının Açinsk şəhərində artilleriya anbarında növbəti partlayış baş verib.

Median.Az
-ın xəbərinə görə, bu barədə TASS agentliyi məlumat yayıb. Partlayış nəticəsində Açinsk Mərkəzi Xəstəxanasına 8 nəfər yerləşdirilib. Durumu orta-ağır olan həmin 8 nəfərdən 5-i mülki şəxs, biri hərbçi, 2-i isə polis əməkdaşıdır.

Güc strukturları artilleriya anbarında növbəti partlayışın səbəbinin ildırım vurması olduğunu bildirib. İlkin məlumata görə, ildırım anbarda mərmilərin olduğu sahəyə düşüb və nəticədə iki ardıcıl partlayış baş verib. Hadisə ərazinin mərmilərdən təmizlənməsi işi aparılan zaman olub.

TASS artilleriya anbarı yaxınlığındakı Kamenki kəndinin əhalisinin daha təhlükəsiz Malinovka yaşayış məntəqəsinə evakuasiya edildiyini də yazıb.

***

Rusiyanın Krasnoyarsk diyarının Açinsk şəhərində artilleriya anbarı yaxınlığında partlayış baş verib.

Median.Az
-ın “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 5 nəfər xəsarət alıb.

Kamenka yaşayış məntəqəsindən 500 metr uzaqlıqda qatarın hərəkəti zamanı partlayış olub və qatarın şüşələri sınıb. Xəsarət alan 5 nəfərdən 4-ü xəstəxanaya yerləşdirilib. Travma alan və şüşə parçalarının yaraladığı həmin şəxslərin durumu orta ağırdır.

Qeyd edək ki, avqustun 5-də Krasnoyarsk diyarının Açinsk şəhərində hərbi hissənin ərazisində partlayışla müşayiət olunan yanğın baş verib. Partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Anbarın yaxınlığında yerləşən yaşayış məntəqələrinin sakinlərinin təxliyəsinə qərar verilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 008 09.08.19 23:16