"Bandotdel"in əməkdaşları narkotik satan şəxsləri tutublar » Median.Az News Agency


"Bandotdel"in əməkdaşları narkotik satan şəxsləri tutublar
Median.Az xəbər verir ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş A.Xəlilovun kirayədə yaşadığı, Xəzər rayonu Albalılıq bağlar sahəsindəki evə baxış zamanı 13 kq 50 qram marixuana götürülüb.

Keçirilmiş digər əməliyyat tədbiri nəticəsində Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan Ə.Babayevin
evindən 61,476 qram marixuana, həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 36 ədəd çətənə kolu
aşkar edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          590 09.08.19 18:21