İcra Hakimiyyətindən yağış açıqlaması: Ciddi problem yoxdur » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

İcra Hakimiyyətindən yağış açıqlaması: Ciddi problem yoxdur

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxta yağan intensiv yağışdan sonra yollarda, keçidlərdə hərəkətin iflic olması barədə iddialara münasibət bildirib.

BŞİH-in mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov oxu.az-a açıqlamasında bildirib ki, hazırda paytaxtda ciddi problem yoxdur:

“Bakıda yağışdan sonra ciddi bir problem qeydə alınmayıb. Texniki, təsərrüfat xidmətləri adi iş rejimində işləyirlər”.

Badamdarda sürüşmə ərazisindən 20-ci sahəyə düşən yolun bağlı olmasının səbəbinə gəlincə, İ.Kərimov bildirib ki, həmin ərazi çoxdan bağlıdır:

“Həmin yol sürüşmə ilə əlaqədar olaraq bir ilə yaxındır bağlıdır və bu yaxınlarda açılışı nəzərdə tutulmur”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən günün ikinci yarısından yağışın kəsiləcəyi bildirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 756 09.08.19 13:53