ABŞ və Türkiyə Suriyada birgə təhlükəsizlik zonası yaradır » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

ABŞ və Türkiyə Suriyada birgə təhlükəsizlik zonası yaradır

ABŞ və Türkiyə Suriyadakı təhlükəsizlik zonasına nəzarət etmək üçün Birgə Əməliyyat Mərkəzi yaradacaq.

“Anadolu” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus bildirib.

“Hələ üzərində işlənməli olan bəzi detallar mövcud olsa da, danışıqlarda atılan ilk addımlar bizi ruhlandırır. Planlaşdırma və tərəflər arasında razılaşdırılan nüansların həyata keçirilməsi üçün qərargahı Türkiyədə olmaqla Birgə Əməliyyat Mərkəzi yaradılacaq. Suriyanın şimal-şərqində sülh və sabitliyə nail olmaq üçün tərəfdaşlarımızla bu vacib məsələ üzərində işləməyə davam edəcəyimizi gözləyirik”, - deyə, o bildirib.

Məlum olub ki, daha əvvəl,Türkiyə və ABŞ Müdafiə nazirliklərinin rəsmiləri Suriyanın şimalında bufer təhlükəsizlik zonası yaradılması barədə razılıq əldə ediblər. Eni 30 kilometrdən 40 kilometrədək olacaq təhlükəsizlik zonası Türkiyə hərbçiləri tərəfindən ABŞ ilə əlaqələndirmə şəraitində nəzarətə götürüləcək. Kürd silahlı qruplaşmaları bu ərazidən təmizlənəcək və onların ağır silahları alınacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 665 09.08.19 12:49