93 yaşlı kişi yanaraq öldü - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

93 yaşlı kişi yanaraq öldü - FOTO

Masallıda yaşayış evində baş verən yanğın zamanı 93 yaşlı kişi yanaraq dünyasını dəyişib.

Hadisə axşam saatlarında rayonun Musaküçə kəndində Xeyrulla Babayevə məxsus yaşayış evində baş verib.

Qohumlarının söylədiyinə görə, 93 yaşlı X.Babayev axşam evdə özünə yemək hazırlamaq məqsədilə qaz sobasını yandırmaq istəyib. Bu zaman qaz sızmasından ev alışaraq yanıb.

Yanğınla bağlı qonşular FHN-nin Masallı Yanğından Mühafizə Hissəsinə məlumat veriblər. Hadisə yerinə 2 yanğınsöndürmə maşını, eləcə də canlı qüvvə cəlb olunub.

Təcili tibbi yardım briqadası hadisə yerinə vaxtında gəlsə də, alov çox güclü olduğundan içəri keçmək mümkün olmayıb. Ev sahibi X.Babayev yanaraq dünyasını dəyişib. Onun meyiti müayinə olunmaqdan ötrü Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı Rayon Şöbəsinə təhvil verilib.

Qeyd edək ki, Xeyrulla Babayev 60 ildən çox müəllim işləyib və 9 övlad atası idi.

Faktla bağlı araşdırma aparılır.





скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 991 09.08.19 12:05