Güləşçilərimiz bir günə altı medal qazandılar
Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Qivi Kartozianın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə "Qran-pri" turniri davam edir.İkinci yarış günündə ilk medalçılar müəyyənləşib.
Sərbəst güləş üzrə yarışda Şamil Zubairov (-92 kq) qızıl, Əhmədnəbi Qvarzatilov (-61 kq) gümüş, Rəşad Yusifli (-79 kq) isə bürünc medal qazanıb.
Yunan-Roma güləşçilərinin mübarizəsində Elman Muxtarov (-63 kq) çempion olub, onun finalda məğlub etdiyi Murad Məmmədov, həmçinin İslambəy Dadov (-72 kq) II yeri tutub.
скачать dle 11.3
Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!