İyulda Azərbaycana gələn turistlərin sayı 10 faiz artıb - Səudiyyə Ərəbistanından gələnlər isə rekord vurub » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:30 Tərtərdə qədim tarixin dağıdılmış izləri - VİDEO  |     12:16 Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO  |     12:15 Sumqayıtda müəllim vəfat etdi - FOTO  |     12:11 DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir  |     12:03 London Ukraynaya uzaqmənzilli qanadlı raketlər verir  |     11:54 Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair saziş ratifikasiya olub  |     11:51 Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ  |     11:50 Qırğızıstan prezidenti Ağdama gedəcək  |     11:48 Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verib  |     11:26 Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ  |     22:55 Kreml: Sülhməramlılar Qarabağı tərk ediblər, çünki regionda onların daha funksiyası qalmadı  |     22:49 Xalq artistinin qızının toyundan GÖRÜNTÜLƏR - FOTO  |     22:22 Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR  |     21:37 Berlin və Hamburqda banklarda partlayışlar baş verdi  |     21:23 Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb  |     21:15 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir  |     21:07 Gəncədə qanunsuz tikililərin qarşısı alınıb  |     20:50 Tayvan sahillərində ard-arda 10 yeraltı təkan baş verib  |     20:44 Azad edilmiş ərazilərdə 51 mina zərərsizləşdirilib  |     20:35 Malayziya Senatının sədri Azərbaycana səfər edəcək  |    

İyulda Azərbaycana gələn turistlərin sayı 10 faiz artıb - Səudiyyə Ərəbistanından gələnlər isə rekord vurub

Bu ilin iyul ayında Azərbaycana 365 min əcnəbi qonaq səfər edib ki, bu da 2018-ci ilin iyul ayına nisbətdə 10.6% artım deməkdir.

Median.Az
Trend-ə istinadən bildirir ki, qonaqların üçdə birindən çoxunu, 35%-ni Rusiyadan gələnlər təşkil edib. 2018-ci ilin eyni ayı ilə müqayisədə Rusiyadan 11 min və ya 10% çox qonaq gəlib.

İyul ayı üzrə ən böyük artım Gürcüstandan gələnlər arasında müşahidə olunub. Belə ki, bu ölkədən ötən ilin eyni ayı ilə müqayisədə 12 min və ya 26% daha çox turist gəlib. Bununla da iyul ayında Gürcüstandan gələnlərin sayı 61 min nəfər təşkil edib.

Səudiyyə Ərəbistanından səyahət edənlərin sayı 25% artaraq rekord həddə - 29 minə çatıb.

Cari ilin yanvar-iyul aylarında Azərbaycanı 1.8 milyon xarici səyahətçi ziyarət edib ki, bu da 2018-ci ilin ilk yeddi ayı ilə müqayisədə 122 min və ya 7.4% çoxdur.

Ən böyük artım 76 min və ya 23% daha çox xarici qonaqla Gürcüstandan gələnlərin sayında müşahidə olunub.

Mərkəzi və Cənubi Asiyadan gələn səyahətçilərdə də müvafiq olaraq 39% və 44% artım qeydə alınıb. Ən yaxşı turistik bazarlar sayılan Rusiya və Türkiyədən gələnlərin sayı 4% artıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 199 08.08.19 22:44