Azərbaycanda itkin düşən uşaqların sayı açıqlandı - ŞOK GÖSTƏRİCİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Azərbaycanda itkin düşən uşaqların sayı açıqlandı - ŞOK GÖSTƏRİCİ

Azərbaycanda axtarışda olan cinayətkarların, eləcə də itkin düşən uşaqların sayı artıb.

Median.Az
trend-ə istinadən məlumatına görə, 2010-cu ildə Azərbaycanda 3663, 2015-ci ildə 3932, 2016-cı ildə 4463, 2017-ci ildə 5038, 2018-ci ildə isə 5375 cinayətkar axtarışda olub.

Ötən il axtarışda olan cinayətkarların 52-si 14-17 yaşlı uşaq olub. 2017-ci ildə isə belə uşaqların sayı 47-dir.

Ötən il axtarışda olanların 1420-si (2017-ci ildə1603) dələduzluq, 888-I (2017-ci ildə 718) oğurluq, 139-u hərbi xidmət əleyhinə, onlardan 61-i fərarilik (2017-ci ildə 147-si hərbi xidmət əleyhinə, onlardan 62-si fərarilik), 52-si dövlət hakimiyyəti əleyhinə (2017-ci ildə 34), 41-i banditizm (2017-ci ildə 42), 123-ü qəsdən adam öldürmə və adam öldürməyə cəhd (2017-ci ildə 103) və s. ilə bağlı cinayət törədib.

2000-ci illə müqayisədə ölkədə itkin düşən uşaqların sayı azalsa da, ötən il onların sayı 2017-ci illə müqayisədə artıb.

2018-ci il ərzində Azərbaycanda 964 (2017-ci ildə 914 nəfər) nəfər itkin düşüb ki, onların 136-sı 18 yaşadək uşaq olub. 2017-ci ildə itkin düşən uşaqların sayı 105, 2016-cı ildə 129, 2015-ci ildə 116, 2010-cu ildə isə 137 olub.

Qeyd edək ki, 2000 və 2005-ci illərdə Azərbaycanda itkin düşən uşaqların sayı daha çox olub. 2000-ci ildə 261, 2005-ci ildə 293 uşaq itkin düşüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            950 08.08.19 16:55