Bakıda azərbaycanlı gənclər ərəblərin evinə basqın etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |    

Bakıda azərbaycanlı gənclər ərəblərin evinə basqın etdi

Bakıda ərəblərin kirayə yaşadığı evə basqın edən şəxslər tutulub.

Median.Az
-ın "Report"a istinadla verdiyi məlumata görə, hadisə avqustun 5-də Səbail rayonu ərazisində qeydə alınıb.

Belə ki, Səudiyyə Ərəbistanından Azərbaycana turist kimi gəlmiş iki nəfərin kirayədə yaşadıqları mənzilə basqın olub. Mənzilin qapısının açıq olduğunu görən 4 naməlum şəxs evə daxil olduqdan sonra ərəbləri sözlə hədələyərək onlardan 1700 manat pul və 5 ədəd mobil telefon alıblar. Daha sonra onların əllərini bağlayaraq oranı tərk ediblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Ehsan Zahidov faktı "Report"a təsdiqləyib.

O bildirib ki, hadisə ilə bağlı DİN-ə məlumat daxil olan kimi polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb.

Avqustun 7-də isə DİN-in Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə biri qadın olmaqla şübhəli bilinən 4 nəfər tutulub.

Hazırda faktla bağlı araşdırma aparılır, zəruri əməliyyat istintaq tədbirləri həyata keçirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            995 08.08.19 16:49