Yerkökü və partlamış qarğıdalı yemək dişləri təmiz saxlayır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Yerkökü və partlamış qarğıdalı yemək dişləri təmiz saxlayır

Həkimlər "sağlamlıq ağız boşluğundan başlayır", - deyirlər. Ağappaq və bəyaz dişlərə sahib olmaq isə hər kəsin arzusudur. Ona görə də qidalanmadan sonra hər dəfə dişlər fırçalanmalıdır. Bunun vaxtında edilməməsi karies və diş əti xəstəliklərinə səbəb ola bilər.

Median.Az
bildirir ki, Xəzər Dəniz Gəmiçiliyinin 1 nömrəli Dənizçilər Klinikasının aparıcı mütəxəssisi Adıgözəl Məmmədov AZƏRTAC-a deyib: "Yeməkdən dərhal sonra dişləri fırçalamaq məsləhət görülmür, çünki bu zaman qidada olan maddələr ağızda dağılır və dişlərin zəifləməsinə səbəb olur. Fırçalama prosesinə yeməkdən bir saat sonra başlamaq məsləhətdir. Diş məcununu suda islatmaq lazım deyil, çünki bu zaman məcun təsirini itirir. Məcundan ləbləbi dənəsi miqdarında istifadə edilməlidir.

Dişlərə müxtəlif üsullarla qulluq göstərmək olar. Təbii diş təmizləyicisi hesab edilən almadan başqa yeməkarası fasilə zamanı yerkökü və partlamış qarğıdalı yemək dişləri təmiz saxlayır".

Onun dediyinə görə, dişlərin əsas düşməni şokolad yox, başqa şirniyyatlardır: "Meyvə şirələrinin tərkibindəki turşular da dişlərin vaxtından əvvəl sıradan çıxmasına səbəb olur. Əgər meyvə şirələri və digər şirniyyat məhsulları qəbul edilibsə, ayran və pendir kimi ağartı məhsulları yeyərək qidalanmağa yekun vurmaq lazımdır, çünki onlar turşuların zərərli təsirlərinin qarşısını almaq qabiliyyətinə malikdir. Pendir və ayran dişlər üçün müdafiə vasitəsi rolu oynayır".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 368 07.08.19 22:13