Bu gün günorta saatlarında Novxanıda sərnişin avtobusunun iştirakı ilə nəticələnən yol qəzası baş verib.
Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.
Bildirilib ki, “Hyundai Sonata” markalı avtomobil 535 saylı sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində maşının sürücüsü xəsarət alıb.
Hadisənin görüntülərini təqdim edirik.