Roberto Bordin: Başımız gicəllənməyib » Median.Az News Agency


Roberto Bordin: Başımız gicəllənməyib
Sabah bizi güclü rəqibə qarşı çətin oyun gözləyir. Onlar müdafiədə yaxşı oynayırlar. Rəqibimiz Təl-Əviv "Makkabi"siylə Superkubok matçında 9-10 nəfərlə müdafiədə oynayırdı.

Median.Az
oxu.az-a istinadən xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Roberto Bordin deyib.

Sabah “Neftçi” UEFA Avropa Liqasının III təsnifat mərhələsində İsrailin “Bney Yehuda” klubunu qəbul edəcək.

Görüşlə bağlı keçirilən mətbuat konfransında italiyalı baş məşqçi bunları deyib: “Nə cür oynayacağımız komanda daxilində qalır. Bunu açıqlamağı düzgün hesab etmirəm. Rəqib isə daha çox əks-hücumlarda oynayır. Fərdi keyfiyyətlərə malik texnikalı futbolçuları var. Onların bizə qarşı necə oynayacaqlarını sabah dəqiq görəcəyik. “Bney Yehuda”da da 3 futbolçunun olmamasının onlar üçün itki olduğunu düşünmürəm. Onlarda yenə təhlükəli futbolçular var. Bizdə isə artıq zədəlilərdən Baqaliy Dabo komandaya qoşulub. Onu sabah ehtiyat skamyada görə bilərik. Eyforiya arxada qalıb. Biz artıq əvvəlki qələbələri unutmuşuq. Həmin qələbələrdən başımız gicəllənə bilməz. Futbolçularımız sabahkı matçın məsuliyyətini dərk edir. “Sumqayıt”ın futbolçusu Əmir Ağayevin İsrail mətbuatına “Bney Yehuda”nın “Neftçi”ni keçmə şansı sıfırdır” deməsinə çox təəccübləndim. Niyə belə dediyini bilmirəm. Amma rəqib deyildiyi kimi zəif komanda deyil”.

Qeyd edək ki, “Neftçi” – “Bney Yehuda” matçı sabah saat 21:00-da başlayacaq. Görüş “Bakcell Arena”da baş tutacaq.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          392 07.08.19 19:15