Corc Buş üçüncü dəfə baba oldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |    

Corc Buş üçüncü dəfə baba oldu

ABŞ-ın 43-cü prezidenti Corc Buşun qızı Jenna ona növbəti nəvə sevinci bəxş edib.

Фvqustun 2-də Corc Buş və Laura Uelçin əkiz qızlarından biri Jenna Buş-Hager oğlan övladı dünyaya gətirib. "Instagram"da gənc valideynlərlə yanaşı, xoşbəxt baba və nənə də bu barədə xəbər paylaşıblar.

Jenna Bush-Hager və əri Henry Hager körpələrinə Henry Harold Hager adını veriblər.

Xatırladaq ki, Corc Buş və həyat yoldaşı Laura Uelçin iki qızı var: Barbara və Jenna. Onlar əkizdirlər.

"NBC TV"-də səhər verilişinin aparıcısı Jenna Buşla Henry Hager 10 may 2008-ci ildə Texasda, ABŞ prezidentinin rançosunda evləniblər. Cütlüyün bu nigahdan 6 yaşlı Mila və 4 yaşlı Poppy adlı övladı var.

Qeyri-kommersiya təşkilatı olan Qlobal Sağlamlıq Korpusunun sədri, aktivist Barbara Buş da evlidir. 2018-ci ildə o, amerikalı aktyor və ssenarist Kreyq Coyne ilə nikaha daxil olub. Lakin cütlüyün hələlik övladı yoxdur.
/oxu.az/скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 100 07.08.19 14:25