Xəzər rayonunda evlərdən oğurluq edən qadın və kişi saxlanılıb » Median.Az News Agency


Xəzər rayonunda evlərdən oğurluq edən qadın və kişi saxlanılıb
Median.Az xəbər verir ki, Xəzər RPİ 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən iyulun 24-də rayon ərazisindəki evdən mobil telefon oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Məmmədova saxlanılıb.

Bundan başqa, 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il mayın 5-də rayon ərazisindəki evdən soyuducu, kondisioner mühərriki və geyim əşyaları oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Rəcəbov saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          433 07.08.19 13:51