ABŞ-ın Rusiyadakı səfiri vəzifəsindən istefa verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

ABŞ-ın Rusiyadakı səfiri vəzifəsindən istefa verdi

ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman prezident Donald Trampa istefa məktubu göndərib.

Median.Az
xəbər verir ki, C.Hantsman oktyabrın 3-dən artıq bu postda çalışmayacaq.

“Amerika vətəndaşlığı bir imtiyazdır və hesab edirəm ki, bunun müqabilində ən başlıca məsuliyyət ölkəyə xidmətdir. Bu məqsədlə ikitərəfli münasibətlərdəki bu tarixi çətin dövrdə Amerika Birləşmiş Ştatlarının Rusiyadakı səfiri kimi mənə verdiyiniz etimaddan şərəf duyuram. Ümid edirəm ki, bu posta yeni bir varisin namizədliyinin irəli sürülməsi və təsdiqlənməsi üçün kifayət qədər vaxt olacaq. Xarici siyasət məqsədlərimizin lazımi diqqətdə saxlanılmasını təmin edən keçidin asanlaşdırılması üçün səylərimi əsirgəməyəcəm”, – deyə amerikalı diplomat məktubunda qeyd edib.

Hantsman payızda Yutaya qayıdaraq ştat qubernatorluğuna seçkilərdə namizəd kimi iştirak edəcək.

Qeyd edək ki, Con Hantsman 2017-ci ildə ABŞ-ın Rusiyaya səfiri təyin olunub. Daha öncə isə ABŞ-ın Çindəki səfiri postunda çalışıb./APA/скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            975 06.08.19 23:27